Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:40

Nazirlikdən internet istifadəçilərinə xəbərdarlıq


İllüstrasiya

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) “Bad rabbit” virusunun yayılması ilə bağlı internet istifadəçilərinə xəbərdarlıq edib.

Nazirlik bildirir ki, “Bad rabbit” adlandırılan ransomware virusu müxtəlif ölkələrdə 200-dən çox dövlət və özəl qurumların informasiya sistemlərinə zərbə vurub: “Virus “Win32/Diskcoder.D” “Trojan-Ransom.Win32.Gen.f”, “Win32/Tibbar”, “Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir”.

Buna da bax:​ Təzə reket-virus yayılıb

Nazirlik vurğulayır ki, bu virus Rusiya, Türkiyə, Ukrayna, Almaniya kimi ölkələrdə sürətlə yayılan “Petya” virusunun bir başqa formasıdır.

Bu virusun kompüter sistemlərini kilidlədiyi, açılmasından ötrü qurbandan 0,05 bitcoin (~ $285) tələb etdiyi qeyd edilir.

Nazirlik bildirir ki, tələb olunan məbləğ ödənilmədən şifrlənmiş sistemlərin deşifr olunması yolları, hələ də araşdırılmaqdadır.

Buna da bax:​ Petya reket-virus istifadəçilərdən necə fidyə tələb edir?

Nazirlik mövcud təhlükədən qorunmaqdan ötrü bir sıra təhlükəsizlik tədbirlərindən istifadəni tövsiyə edir

Nazirlik WMI xidmətini deaktiv etməyi, kompüterdəki faylların ehtiyat nüsxələrini başqa qurğuya köçürməyi, Windows əməliyyat sistemlərində boşluqların aradan qaldırılmasından ötrü dərhal yenilənmə (“patch”ın yüklənməsi və quraşdırılması) aparmağı lazım bilir.

Nazirlik həmçinin hesab edir ki, sisteminizi ehtiyac olmadığı təqdirdə “admin” olaraq idarə etməyin.

“Əgər hər hansı antivirus proqramı istifadə olunmursa, Microsoft Defender antivirus proqramından yararlanın”, – məlumatda vurğulanır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG