Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:10

Təzə reket-virus yayılıb


Virusa yoluxmuş laptopa fidyə mesajı gəlir, Rusiya, 28 iyun, 2017-ci il
Virusa yoluxmuş laptopa fidyə mesajı gəlir, Rusiya, 28 iyun, 2017-ci il

-

“BadRabbit” adlı reket- virus Rusiya və digər ölkələrə ziyan vurub. Kiberhücumdan Rusiyanın “Interfax” agentliyinin ziyan çəkdiyi, Ukraynanın Odessa aeroportunda uçuşların yubandığı xəbər verilir. Bu haqda “Reuters” agentliyi yazır.

ABŞ hökuməti hücumla bağlı xəbərdarlıq edib. Mayda və iyunda da oxşar reket- virus hücumları olmuşdu, bəzi ölkələrə milyardlarla dollar ziyan dəymişdi.

Bu hücumlar ona görə narahatlıq doğurur ki, kritik infrastuktura çox sürətli ziyan vurub, bu da kampaniyanın “yaxşı əlaqələndirildiyini” göstərir, ESET kiberşirkətinin tədqiqatçısı Robert Lipovsky deyib.

Şirkətin hesablamasına görə, ən böyük ziyan Rusiya, Ukrayna, Bolqarıstan, Türkiyə və Yaponiyaya dəyib.

ABŞ-DAN XƏBƏRDARLIQ

ABŞ Daxili Təhlükəsizlik Departamenti BadRabbit reket- virusuyla bağlı xəbərdarlıq edib. Bu virus düşdüyü kompüterləri qıfıllayır və qurbanlardan fidyə istəyir. Departament ABŞ-da qurbanların olub-olmadığını açıqlamayıb.

Mayda “WannaCry” reket virusu xəstəxanaların, zavodların, digər qurumların işində fasilələr yarada bilmişdi.

*** Buna da bax: Petya reket-virus istifadəçilərdən necə fidyə tələb edir?

Rusiyanın ən böyük xəbər agentliklərindən olan Interfax bəzi xidmətlərinin hücuma məruz qaldığını bildirib.

Rusiyanın Kaspersky Lab kibertəhlükəsizlik şirkəti bildirib ki, BadRabbit iyundakı dağıdıcı NotPetya virusuna oxşar mexanizm üzrə yayılıb. Həmin virus Ukraynanın bir çox hökumət qurumlarının və şirkətlərinin işini iflic etmişdi.

Kaspersky BadRabbit-in NotPetya ilə əlaqəsi olub-olmadığını araşdırdığını qeyd edib.

XS
SM
MD
LG