Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Bu ilin 9 ayında Azərbaycan xaricdən 6 mlrd. 177,6 mln dollar məbləğində mal alıb. Bu, ötən ilin eyni dövründən 0.3 faiz çoxdur.

Bu məlumatı oktyabrın 20-də Dövlət Gömrük Komitəsi yayıb.

2017-ci ilin 9 ayı ərzində Azərbaycan 187 ölkə ilə xarici ticarət əməliyyatları həyata keçirib. Bu zaman əməliyyatların həcmi 14 mlrd. 321.5 mln dollar təşkil edib. Bu da 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə 8 faiz azdır.

Bəhs olunan dövrdə 8 mlrd. 143.9 mln. dollar məbləğində mal ixrac edilib. Bu isə bir il öncəki ixracla müqayisədə 1 mlrd. 255 mln. dollar və ya 13.4 faiz azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG