Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:15

Erdogan: "Türkiyə istənilən an İraqın şimalı ilə sərhədi bağlaya bilər"


Recep Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyib Erdogan bildirib ki, Ankara İraqın şimalı ilə hava məkanını bağladığına görə, istənilən vaxtbu regionla sərhədi də tam bağlaya bilər.

Bu barədə oktyabrın 19-da Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Türkiyə oktyabrın 16-da kürd muxtar vilayəti istiqamətində hava məkanını bağlayıb və bildirib ki, bu regiona əsas sərhəd keçidinin mərkəzi İraq hökumətinin nəzarətinə keçməsi üzərində işləyəcək.

Habur qapısı Türkiyə ilə İraqdakı kürd muxtar regionu arasında əsas tranzit məntəqəsidir.

Regionun sentyabrın 25-də müstəqilliklə bağlı referendum keçirməsi Bağdad hökuməti, İraqın qonşuları və Qərb ölkələrini dərin narahat edib.

Bu ölkələr hesab edir ki, referendum bölgədə növbəti regional münaqişəyə səbəb ola bilər.

Bundan başqa Türkiyənin özü uzun illərdir ki, ölkənin şərqindəki kürd separatçıları ilə mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG