Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:57

Aslan İsmayılova cinayət işi açılıb [yenilənib]


Aslan İsmayılov
Aslan İsmayılov

Binəqədi rayon Prokurorluğunda hüquqşünas Aslan İsmayılova cinayət işi açılıb.

Bu haqda A.İsmayılovun özü bildirib.

Hüquqşünasa bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat veriblər.

«İdarədən müstəntiq İlqar Həmidov mənə məlumat verdi. Cinayət işi Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında başlanılıb», - hüquqşünas deyib.

A.İsmayılova cinayət işi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi üzrə açılıb.

Hüquqşünas bu gün, oktyabrın 16-da saat 15:00-da polis idarəsinə gedib, cinayət işi üzrə ifadə verməlidir.

***Buna da bax-Vəkil Yalçın İmanov 'ölkədə sabitliyi pozmaqda' suçlanır

A.İsmayılov ona cinayət işi açılmasının sifarişli olduğunu deyib.

«Haqqımda təxribat hazırlandığını, həbsimin planlaşdırıldığını çoxdan bilirdim və maksimum ehtiyatlı olmağa çalışırdım. Bütün xəbərdarlıqlara baxmayaraq, haqq işimdən dönməyəcəyimi də ən yüksək səlahiyyət sahiblərinə bildirmişdim», - vəkil qeyd edib.

Binəqədi Rayon Prokurorluğundan A.İsmayılova cinayət işi açılmasını «Turan» agentliyinə də təsdiqləyiblər. Ancaq cinayət işi ilə bağlı detallı bilgi verilməyib.

Oktyabrın əvvəlində A.İsmayılovun tərəf olduğu işə Binəqədi Rayon Məhkəməsində baxılarkən, insident baş verdiyi bildirilirdi. Hüquqşünasın Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında şikayəti həmin məhkəmədə rədd edilmişdi. A.İsmayılov cinayət işinin həmin insidentlə əlaqələndirildiyini ifadə edib.

* * *

Aslan İsmayılovun polisdə izahatı alınıb

Hüquqşünas Aslan İsmayılov bu gün, oktyabrın 16-sı günün ikinci yarısı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində izahat verib.

İzahatının onun haqqında açılmış cinayət işi ilə bağlı olduğunu bildirən hüquqşünas detallı bilgi verməyib.

Aslan İsmayılov deyib ki, baş verənlər barədə yaxın zamanda ətraflı məlumat verəcək.

***Buna da bax-Vəkillər Kollegiyası: 'Sədr səhhəti ilə bağlı istefa verib'

A.İsmayılov uzun müddət Vəkillər Kollegiyasının üzvü olub. Ancaq onu bir neçə il əvvəl kollegiya üzvlüyündən çıxarıblar. A.İsmayılov həmin vaxtlar kollegiyadan uzaqlaşdırılmasının sifarişli olduğunu bildirmişdi.

A.İsmayılov hazırda «Viza» hüquq firmasına rəhbərlik edir.

İttiham təsdiqlənərsə, hüquqşünasa 1 ilə kimi həbs cəzası verilə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG