Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 15:57

Kollegiya: 'Sədr səhhəti ilə bağlı istefa verib'


Azər Tağıyev

«Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Azər Tağıyev vəzifəsindən səhhəti ilə bağlı istefa verib».

Bunu hazırda Vəkillər Kollegiyası sədrinin vəzifəsini icra edən Fərhad Nəcəfov bildirib.

F.Nəcəfov deyib ki, yeni sədr seçkisi ilə bağlı dekabrda, həmin zamanda alınmazsa, 2018-ci ilin yanvarında Vəkillər Kollegiyasının konfransının keçirilməsi nəzərdə tutulur.

F.Nəcəfov vəkil olmaq istəyənlərin imtahan məsələsinə də toxunub:

«1019 nəfər imtahan vermək üçün qeydiyyatdan keçib. İmtahan oktyabr ayına nəzərdə tutulurdu. Əgər bu oktyabr ayında olmasa, o zaman daha gec müddətə nəzərdə tutulacaq».

XATIRLATMA

Vəkillər Kollegiyası 2004-cü ildə təsis edilib. Elə həmin ildə keçirilən seçkilərdə Azər Tağıyev sədr seçilib. O, sonrakı seçki də həmin postu tərk etməmişdi.

Bəzi hüquqşünaslar onu hakimiyyətin maraqlarına uyğun siyasət yeritməkdə günahlandırırdılar. Hərçənd, onun özü bu tənqidləri qəbul etmirdi.

Hazırda Vəkillər Kollegiyasında 900 nəfərdən çox üzv qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG