Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:31

Erdogan Serbiyanın müsəlmanlar yaşayan bölgəsinə baş çəkib


Novi-Pazar şəhəri

Türkiyə prezidenti Racep Tayyip Erdogan Serbiyaya səfəri zamanı müsəlmanların yaşadığı cənub-qərb regionuna baş çəkib.

Sancak regionun ən böyük şəhəri olan Novi-Pazarın küçələrində onu əllərində Türkiyə və Serbiya bayraqları yelləyən yüzlərlə adam qaşılayıb.

Səfər zamanə Erdoganı Serbiya prezidenti Alexandr Vucic müşaiyət edib.

Erdogan Serbiyada ikigünlük səfərdədir.

Analitiklər hesab edir ki, məqsəd Ankaranın Balkanlarda nüfuzunu artırmaqdır.

Türkiyə prezidenti oktyabrın 10-da Belqradda Vuciclə danışıqlar aparıb, Serbiya ilə investisiya və ticarət əlaqələrinin artırılacağını vəd edib.

Erdogan deyib ki, iki ölkə arasındakı 800 milyon dollarlıq illik ticarət dövriyyəsi azdır və bunu artırmaq lazımdır.

Belqrad görüşündə Serbiya ilə Türkiyə arasında azad ticarət də daxil olmaqla bir neçə razılaşma imzalayıb.

Erdogan həmçinin Türkiyənin Serbiya Bosniya paytaxtlarını birləşdirən maqistral yolun tikintisinə sərmayə qoyacağını vəd edib.

Qeyd edək ki, Osmanlı İmperiyası dövründə Türkiyənin bir çox region ölkələri ilə tarixi və dini əlaqələri olub.

Türkiyə 1990-cı illərdə Balkanlarda gedən müharibədəBosniya müsəlmanlarının tərəfini saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG