Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:29

Ali Məhkəmə böhtanda təqsirləndirilərək həbs edilmiş realliq.az saytının redaktoru İkram Rəhimovun kassasiya şikayətini təmin etməyib.

Ali Məhkəmə şikayətə bu gün, oktyabrın 10-da baxıb.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

İ.Rəhimov apellyasiya şikayətinə baxış zamanı həbsdən azad edilmişdi. O, Ali Məhkəməyə müraciət edərək ona bəraət verilməsini istəyirdi.

Buna da bax:​ Rəis müavini jurnalistin məhkəməsində ifadə verib

Vəkilinin deməsinə görə, İ.Rəhimov Ali Məhkəmədə çıxış edərək məhkəməyə verilməsinin, ardınca böhtan görə, həbs edilməsinin bilavasitə peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib. Heç bir suçu olmadığı halda cəza çəkdiyini qeyd edib.

“Mən jurnalistəm. İşim qanunsuzluqları yazmaqdır. Korrupsiya, rüşvətxorluq hallarını görməyəndə, nə edim, yazmayım, susum? Mənə qarşı ittiham əsassız idi. Mən nə baş vermişdisə, onu yazmışdım. Aşağı məhkəmələrdə işə baxılarkən, əslində, bunlar təsdiqini də tapdı”, – deyə vəkilinin bildirməsinə görə, jurnalist məhkəmədən ona bəraət verilməsini istəyib.

Onun vəkili də müdafiə etdiyi şəxsə bəraət istəyib.

Buna da bax: Jurnalistin işgəncə iddiası - polis rəisinin müavini ifadə verəcək

Ancaq hakim Gülzar Rzayevanın sədrlik etdiyi məhkəmə kollegiyası kassasiya şikayətini rədd edib.

Məhkəmədən sonra jurnalist və vəkili Azadlıq Radiosuna deyiblər ki, qərarı əsassız hesab edirlər. Qərari əldə etdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklər.

Xatırlatma

Realliq.az saytının redaktoru İkram Rəhimov 2016-cı ildə Sumqayıtdakı «Ucuz market» ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunmuşdu.

İ.Rəhimov saytda R.Novruzov soyadlı bir şikayətçinin məktubunu dərc edib. Məktubda iddia olunub ki, həmin ticarət rəhbəri şəhərin icra hakimiyyəti başçısına rüşvət verib.

Buna da bax:​ 'Polis rəisləri istədikləri vaxt kameraların yaddaşına müdaxilə edə bilir'

Sumqayıt Şəhər Məhkəməsi ötən ilin noyabrında həm redaktoru, həm də ona şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, bir il azadlıqdan məhrum edib.

Redaktor mühakimə edildikdən sonra vəkili vasitəsilə, hələ polisdə saxlanarkən şəhər rəhbərliyinin göstərişi ilə ona işgəncə verildiyini açıqlamışdı.

Daxili İşlər Nazirliyi, eləcə də, Sumqayıt şəhər İcra Hakimiyyəti redaktorun bu fikirlərini təkzib etmişdi.

Sumqayıt Apellyasiya Məhkəməsi martın 1-də böhtanda təqsirləndirilərək həbs edilmiş redaktoru və mediaya müraciət yazmış vətəndaş Rəhman Novruzovu vaxtından əvvəl məhkəmə zalından azadlığa buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG