Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 09:00

B.Yıldırım: "Türkiyə ilə ABŞ arasındakı mübahisə tezliklə həll olunmalıdır"


Binali Yildirim

Türkiyənin baş naziri Binali Yıldırım ABŞ-ı viza xidmətini müvəqqəti dayandırmaq və bununla hər iki ölkə vətəndaşlarını cəzalandırmaqda günahlandırıb.

O, bunu emosiaonal və müttəfiqə qarşı uyğun olmayan qərar adlandırıb.

Baş nazir qeyd edib ki, bu mübahisə mümkün qədər tez yoluna qoyulmalıdır .

Amma Binali Yıldırım ötən həftə Türkiyədəki ABŞ konsulluğunun yerli əməkdaşlarının həbsinə haqq qazandırıb.

Qeyd edək ki, bu insidentdən bir neçə saat sora ABŞ Türkiyəyə viza xidmətlərini məhdudlaşdırıb.

Həmçinin Türkiyə buna cavab olaraq eyni addım atıb.

Ankara İstanbuldakı ABŞ konsulluğunun həbs edilmiş əməkdaşlarını casusluqda ittiham edir.

İstanbul sakinləri, oktyabrın 11-də viza almaq üçün ABŞ konsulluğunun qarşısında gözləsələr də məlum olub ki, onların növbəsi ləğv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG