Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:28

Zeman Avropanı Rusiya ilə dialoqa çağırıb


Milos Zeman və Vladimir Putin

Çexiya prezidenti Milos Zeman Avropa Birliyini Rusiya ilə dialoqa və Avropa mədəniyyətlərini ayırmamağa çağırıb.

O, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyası-nın sesiyasında çıxış edərkən deyib ki, bu qurumun qarşısında duran əsas məsələ dostluq münasibətləri olmalıdır, Rusiya da daxil olmaqla Avropa xalqlarını ayırmaq olmaz.

Krımla bağlı suala gəldikdə Zeman qeyd edib ki, bu şübhəsiz ilhaqdır, amma bu artıq baş verib, nə etməliyik?

Zeman deyib ki, əgər Ukrayna ilə Rusiya arasında dialoq olsa onda Krıma görə maliyyə təzminatından da danışmaq olar.

Zeman qeyd edib ki, ilk növbədə Avropada müharibədən qaçmaq lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG