Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:30

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Jan Kristof Bellard bu gün, oktyabrın 9-da Bakıya gəlib.

Bu barədə Avropa Birliyinin Bakıdakı nümayəndəliyindən bildiriblər.

Səfərin tanışlıq məqsədi daşıdığı bildirilir.

Kristof Bellard səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.

Buna da bax:​ Prezident: 'Azərbaycan Avropa Şurasını tərk etsə...'

Görüşlərdə noyabrda keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərinin müzakirə olunacağı bildirilir.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin (AB) altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

Buna da bax: Avropa Şurasının rəhbəri Azərbaycan barədə ‘ən son addımın’ atılmasını istəyir

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Prezident İlham Əliyev oktyabrın 4-ü Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul etmişdi.

İ.Əliyev həmin görüşdə noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində iştirak edəcəyini təsdiq edib.

Buna da bax:​ S.Seyidov: 'Azərbaycanı Avropa Şurasından çıxarmağa çalışırlar, yəqin buna hazırlıq gedir'

Prezident AB ilə yeni sazişin tezliklə imzalanmasına tərəfdar olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG