Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Azərbaycan müdafiə naziri Zakir Həsənov oktyabrın 8-də Belarusun paytaxtı Minsk şəhərinə yola düşəcək.

Müdafiə nazirliyinin məlumatında bildirilir ki, onu Belarus müdafiə naziri Andrey Ravkovun dəvət edib.

Rəsmi səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər nəzərdə tutulub.

Buna da bax:​ Zakir Həsənov Düşənbəyə gedəcək

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilməlidir.

Z. Həsənov həmçinin Belarus hərbi sənaye kompleksinə daxil olan müəssisələrə baş çəkməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG