Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:11

Z.Səmədzadə əhalinin kredit borclarından danışdı


Milli Məclis

«Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur».

«Report» xəbər verir ki, bunu oktyabrın 6-da Bakıda keçirilən «Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar» adlı V İnvestorlar Yarmarkasında Milli Məclisin komitə sədri Ziyad Səmədzadə deyib.

Ölkədə iqtisadi inkişafdan və yoxsulluğun son illər azalmasından danışan Z.Səmədzadə həmçinin vurğulayıb ki, əhalinin bir qisminin maliyyə qurumlarına borcu yaranıb. Bu da narahatlıq doğur:

«Kredit borcları ilə bağlı Milli Məclisə yüzlərlə müraciət daxil olur. Bununla bağlı araşdırma aparılmalıdır ki, bəlkə faizlər yüksək olub, bəlkə borcalanlar düzgün qiymətləndirilməyib. Elə olsun ki, sabah bir daha problemli kreditlərlə üzləşməyək».

Azərbaycanda hazırda problemli kreditlərin həcminin 2 milyard manata yaxınlaşdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG