Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

Bir ildə münaqişələrdə 8 min uşaq ölüb, yaxud yaralanıb


Ukraynada uşaqları müharibəyə hazırlaşdırırlar

BMT-nin yeni açıqladığı hesabatda bildirilir ki, ötən il dünyada silahlı münaqişələrdə 8 mindən çox uşaq öldürülüb, yaxud xəsarət alıb. BMT-nin baş katibi Antonio Guterres bu rəqəmi «qəbuledilməz» adlandırıb.

BMT «Uşaqlar və Silahlı Münaqişə» adlı hesabatını oktyabrın 5-də Təhlükəsizlik Şurasına təqdim edib. Ən çox uşağın Əfqanıstanda həlak olduğu bildirilir.

Qurum 2009-cu ildən bəri münaqişələrdə dinc sakinlərin ölümünü sənədləşdirir.

Ötən il Əfqanıstanda 3512 uşaq ya öldürülüb, ya da əlilə çevrilib. Bu, bir il öncəkindən 24 faiz çoxdur. Suriyada bu rəqəm 1299, Yəməndə 1340-dır.

Hesabatda həmçinin, yüzlərlə uşağın cinsi zorakılıq qurbanı olduğu, məktəblərdə hücuma məruz qaldığı, yaxud əsgərliyə cəlb olunduğu vurğulanır.

Uşaqlarla pis rəftara görə məsuliyyət daşıyan qurumların «qara siyahı»sı da hazırlanıb. Buraya Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, İraq, Mali, Myanma, Somali, Sudan, Cənubi Sudan, Suriya və Yəməndəki qruplaşmalar daxildir.

Yəmən hökumətini husi yaraqlıları ilə münaqişədə dəstəkləyən Səudiyyə koalisiyası da siyahıya salınıb. Ötən il BMT rəhbəri Ban Ki-moon Səudiyyəni siyahıdan çıxarmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG