Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:23

İki sosial bina 6,1 mln. manata başa gələcək


Yasamalda (Qanlıgöl) sosial evlərin layihəsi.

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki "MİDA" MMC "Merkuri-İnşaat" şirkəti ilə Yasamal rayonunda iki yaşayış binasının tikintisi üzrə müqavilə imzalayıb.

Bu haqda cəmiyyətin məlumatında bildirilir.

Bununla da şəhərcikdə 29 sosial binanın tikintisi üzrə şirkət seçimi praktik olaraq başa çatıb.

Müqavilənin qiyməti 6 mln. 157,9 min manat təşkil edir. "Merkuri-İnşaat" MMC bu layihədə "Conco" şirkəti ilə konsorsium üzvüdür.

Buna da bax:​ 'Azərişıq': 169 milyonluq dövlət sifarişləri yerinə yetirmiş ev [araşdırma]

"MİDA" eləcə də kommunikasiya çəkilməsi üzrə son müqaviləni bağlayıb. "Qaz Oil Building" MMC Yasamal yaşayış kompleksində bütün qaz təchizatı xətlərini çəkəcək.

"MİDA" bundan öncə 7 sosial binanın tikintisinə dair razılaşmaların qiymətini açıqlamışdı. Həmin razılaşmaların 3 şirkətlə bağlandığı bildirilirdi.

"Mek-An" şirkəti ilə bağlanmış müqavilənin dəyəri 9 mln. 45,1 min manatdır. Bu şirkət 12 mərtəbəli 3 bina inşa edəcək.

“Araz Insaatci" MMC ilə bağlanmış müqavilə 6 mln., 186 min manat dəyərindədir. “Araz Insaatci" Yasamal Yaşayış Kompleksində iki bloklu 9 mərtəbəli və 12 mərtəbəli bina inşa edəcək.

Buna da bax: Sosial binaların tikintisi üzrə müqavilələrin qiyməti açıqlanıb

6 mln. 818,8 min manatlıq müqavilə bağlanmış "AS Tikinti" MMC isə qeyri-yaşayış sahəsi ilə iki 9 mərtəbə tikəcək.

Bundan əlavə, "MİDA" MMC "AS Texno Servis" MMC ilə sahə daxili və sahə xarici su, kanalizasiya təchizatı sisteminin tikintisinə dair razılaşma imzalayıb. Razılaşmanın qiyməti 3 mln. 381,3 min manatdır.

Xatırlatma

rezident İlham Əliyev ötən il aprelin 11-də vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması ilə bağlı fərman verib. «MİDA» MMC onun tabeliyindədir.

Buna da bax:​ İlk sosial bina gələn yayda hazır olacaq

Sosial binalardan imtiyazlı əsasla mənzil almaq hüququ müəyyən kateqoriya adamlara verilib. Bunlar əsasən gənc məcbur köçkün ailələri, orta məktəb müəllimləri, alimlər, hərbi qulluqçular və dövlət qulluqçularıdır.

Sosial mənzillər dövlət və digər mənbələr hesabına tikilir. Bu mənzillər bazar qiymətlərindən bir qədər ucuz başa gəlməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG