Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:07

Sosial binaların tikintisi üzrə müqavilələrin qiyməti açıqlanıb


Bina tikintisi (arxiv fotosu)

Mənzil Tikintisi Dövlət Agentliyi yanında "MİDA" MMC Bakı şəhərinin Yasamal rayonunda 7 sosial binanın tikintisinə dair razılaşmaların qiymətini açıqlayıb.

Razılaşmalar 3 şirkətlə bağlanıb.

"Mek-An" şirkəti ilə bağlanmış müqavilənin dəyəri 9 mln. 45,1 min manatdır. Bu şirkət 12 mərtəbəli 3 bina inşa edəcək.

Buna da bax:​ Ekspert: 'Sosial mənzillərin tikintisi bazara təsir göstərməyəcək'

“Araz Insaatci" MMC ilə bağlanmış müqavilə 6 mln., 186 min manat dəyərindədir. “Araz Insaatci" Yasamalda iki bloklu 9 mərtəbəli və 12 mərtəbəli bina inşa edəcək.

6 mln. 818,8 min manatlıq müqavilə bağlanmış "AS Tikinti" MMC isə qeyri-yaşayış sahəsi ilə iki 9 mərtəbə tikəcək.

Bundan əlavə, "MİDA" MMC "AS Texno Servis" MMC ilə sahə daxili və sahə xarici su, kanalizasiya təchizatı sisteminin tikintisinə dair razılaşma imzalayıb. Razılaşmanın qiyməti 3 mln.381,3 min manatdır.

Buna da bax: 7 sosial evi tikəcək şirkətlər bəlli oldu

Hazırda "MİDA" MMC tikinti şirkətləri ilə "Yasamal" yaşayış kompleksində inşa edilən 29 yaşayış binasından 25-nin tikintisi üzrə razılaşma imzalayıb.

İmtiyazlı əsasla mənzil almaq hüququ müəyyən kateqoriya adamlara verilib.

Bunlar əsasən gənc məcbur köçkün ailələri, orta məktəb müəllimləri, alimlər, hərbi qulluqçular və dövlət qulluqçularıdır.

Xatırlatma

Prezident İlham Əliyev ötən il aprelin 11-də vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması ilə bağlı fərman verib. «MİDA» MMC onun tabeliyindədir.

Buna da bax:​ Sosial evlər layihəsi gerçəkləşir, amma... [video]

Sosial mənzillər dövlət və digər mənbələr hesabına tikilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG