Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:07

7 sosial evi tikəcək şirkətlər bəlli oldu


Yeni hündürmərtəbəli bina (arxiv fotosu)
Yeni hündürmərtəbəli bina (arxiv fotosu)

Yasamalda, Qanlı gölün şimal hissəsində tikilməsi nəzərdə tutulan 29 binadan 22-nin müqaviləsi artıq bağlanıb. Daha 2 binanın tikintisi üzrə şirkətlərin təqdim etdikləri təkliflərə iyunun 21-də baxılmağa başlayıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan «MİDA» MMC 7 yaşayış evinin tikintisi üçün 3 şirkətlə - «Mək-An» MMM, «Araz İnşaatçi» MMC «AS Tikinti» MMC müqavilə bağladığını elan edib. Məlumatda tərəflər arasında başlanan müqavilələrin dəyəri açıqlanmır. Agentliyin mətbuat xidməti, eləcə də tender komissiyası AzadlıqRadiosu-nun bu haqda sualına israrla cavab verməyəcəyini bildirib. Qanunvericiliyin tələbinə görə isə, dövlət satınalmaları üzrə bağlanan müqavilələr haqda məlumatın təqdim olunmaması inzibati məsuliyyət yaradır.

Buna da bax:​ Sosial evlər layihəsi gerçəkləşir, amma... [video]

Evləri kimlər tikir?

Bu ilin mart və aprelində MİDA MMC 16 binanın tikintisi üçün «Caspian CLC» MMC, «SMT İnşaat» MMC, «Hovers Group» MMC, «NN Group» MMC və «Hünər-İnşaat» firması ilə 48,2 milyon manatlıq 6 müqavilə bağlayıb. Bundan başqa, bu həftə «KAT Holding» MMC ilə 3 binanın investisiya şərtləri ilə tikintisinə dair müqavilənin bağlanacağı elan edilib. Şirkətin sərmayə qoyuluşunun 10 milyon manatdan çox olacağı bildirilir.

Yasamaldakı sosial evlərin mühəndis infrastrukturunun tikintisi üzrə müqavilələrin də bir hissəsi bağlanıb. «11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi» MMC ərazinin şaquli planlaşdırması, yolların, səkilərin və istinad divarlarının tikintisi, eləcə də abadlıq və yaşıllaşdırma işləri üçün “MİDA”dan 7,3 milyon manat alacaq. “Bakelektro” ASC yaşayış kompleksinin elektrik təchizatı sisteminin qurulmasına 3,3 milyon manatdan çox vəsait sərf edəcək. «AS Texnoservis» MMC ilə su və kanalizasiya xətlərinin tikintisi üzrə müqavilə də bağlanıb. Amma bu müqavilənin dəyəri hələlik açıqlanmayıb.

Buna da bax:​ Sosial evlər kimləri varlandıracaq?

İlin sonunda mənzillər satışa çıxarılacaq

Yasamal yaşayış kompleksi 11,6 hektar sahədə tikilir. Layihəyə əsasən, binalardan 17-si ikibloklu doqquzmərtəbəli, 12-si isə birbloklu 12 mərtəbəli olacaq. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-i ikiotaqlı, 467-i isə üçotaqlı olacaq. Artıq müraciətlərin elektron qəbuluna start verilib. İlk mənzillərin satışına 2017-ci ilin sonunadək başlamaq planlaşdırılır. Daha bir yaşayış kompleksi Hövsan qəsəbəsində tikiləcək.

Sosial mənzillər güzəştli kateqoriyadan olan ailələrə, eləcə də xüsusi statusu olan şəxslərə veriləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG