Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 21:33

İlk sosial bina gələn yayda hazır olacaq


Arxiv fotosu

Yasamal rayonunda inşa olunan ilk sosial bina 2018-ci ilin yayında təhvil veriləcək.

Bu haqda Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yarımillik fəaliyyəti ilə bağlı iyulun 13-də keçirilmiş iclasda məlumat verilib.

Agentliyin direktoru Samir Nuriyev deyib ki, hazırda təməli ötən ilin dekabrında qoyulmuş ilk 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin tikintisi gedir. Paralel olaraq, 3 mərtəbəli ümumtəhsil məktəbi binasının tikinti-quraşdırma işləri də tamamlanmaq üzrədir.

Buna da bax:​ Özəl şirkət sosial evlər tikəcək

Samir Nuriyev Yasamal Yaşayış Kompleksinin 29 yaşayış binasından ibarət olacağını, hazırda 25 binanın elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edəcək mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması işlərinin paralel aparıldığını bildirib.

XATIRLATMA

Prezident İlham Əliyev ötən il aprelin 11-də vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması ilə bağlı fərman verib.

MİDA-nın inşa etdiyi Yasamal Yaşayış Kompleksinin ümumi sahəsi 11.6 hektardır. Şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq.

Buna da bax: Bir ailə bir ildir ki, çadırda yaşayır

Bu il «MİDA» MMC dövlət büdcəsi və digər mənbələr hesabına «NN Group», «Hünər İnşaat», «Caspian CLC», «Hovers Group» və «SMT İnşaat» şirkətləri ilə 15 çoxmənzilli binanın tikintisi üçün ümumi dəyəri 48 milyon 257 min manat olan 5 müqavilə bağlayıb.

Bu yaxınlardasa qurum iki ədəd 12-mərtəbəli 1-bloklu və bir ədəd 9-mərtəbəli 2-bloklu yaşayış evlərinin tikintisi üçün «KAT Holding» MMC ilə müqavilə imzalayıb.

XS
SM
MD
LG