Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 04:17

Ədəbiyyat üzrə Nobel mükafatı yazıçı Kazuo İshiguro-ya verildi (Video)


Kazuo Ishiguro

Bu il ədəbiyyat üzrə Nobel mükafatı britaniyalı yazıçı Kazuo İshiguro-ya verilib. Kazuo əslən yapondur.

“Onun romanlarında büyük emosional güç var. O reallıqla bizim illuziyalı əlaqələrimizin dərinliyini açıb” məlumatda deyilir.

Qeyd edək ki, ötən il bu mükafatı musiqiçi Bob Dilan alıb.

Bob Dilan bu mükafata Amerikanın mahnı ənənələrində yeni poetik ifadə tərzinə görə layiq görülmüşdü.

Ondan əvvəlki il isə bu mükafatı belaruslu yazıçı Svetlana Aleksieviç alıb.

Nobel mükafatı 1901-ci ildən 5 nominasiya- fizika, kimya, tibb, ədəbiyyat və sülh üzrə verilir.

Mükafatın məbləği təxminən 1 milyon dollardır.

Təqdimat mərasimi dekabrın 10-da-Nobelin vəfat etdiyi gün keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG