Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:17

Avropa 2 rusiyalı hakeri ABŞ-a verməyə hazırlaşır


Pyotr Levashov

Avropada həbs edilən 2 rusiyalı haker yaxın zamanlarda ABŞ-a verilə bilərlər.

İspaniyanın Ali məhkəməsi oktyabrın 4-də Petr Levashovu ABŞ-a verməyə razılaşıb.

O, “Kelihos” virusunu yaratmaqda, computer şəbəkələrini sındırmaqda, şəxsi məlumatları oğurlamaqda, bank fırıldaqçılığı və pulyuma əməliyyatında ittiham olunur.

Levashov ABŞ-ın sorğusu ilə həbs olunub, ABŞ-da 50 ilədək həbs cəzasına məhkum oluna bilər.

Müstəntiqlərin sözlərinə görə, Levashov-un yaratdığı şəbəkə dünyada 100 mindən çox komuteri birləşdirirmiş.

Rusiya da onun verilməsinə çalışırdı.

Levashov ötən həftə Rusiya xüsusi xidmətinin zabiti olduğunu və Kremlə qarşı müxalifətdə olan partiya və birliklər barədə informasiya toplamaqla azı 10 il hakim “Vahid Rusiya” partiyasının tapşırıqlarını yerinə yetirdiyini deyib.

O həmçinin məhkəmədə deyib ki, ABŞ-a verilsə işgəncələrə məruz qala bilər.

Həmçinin oktyabrın 4-də bəlli olub ki, Yunanıstan hökuməti də rusiyalı haker Aleksandr Vinnik-i ABŞ-a verə bilər.

O da kiber fırıldaqçılığı, computer şəbəkələrini sındırmaq və valyutayuma sistemi qurmaqda ittiham olunur.

Məlumata görə bu sistemdən azı 4 milyard dollar keçib.

Moskva onun da verilməsinə çalışırdı.

Yaxın vaxtlarda Vinnik-in apellyasiya şikayətinə baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG