Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:14

Azərbaycan Vyana razılaşmasına əməl edir


Xəzərdə neft platforması

Azərbaycan sentyabr ayında neft ölkələrinin gündəlik hasilatı azaltmaq barədə razılaşmasına tam əməl edib.

Bu haqda Energetika Nazirliyinin məlumatında yazılıb.

Məlumata görə, 2017-ci ilin sentyabrında Azərbaycanda gündəlik neft hasilatı 785.7 min barrel olub. Bunun 733 min barrelini xam neft, 52.7 min barrelini kondensat təşkil edib.

Gündəlik olaraq 627 min barrel xam neft, 52.7 min barrel kondensat, 19.3 min barrel isə neft məhsulları ixrac edilib.

Nazirlik bildirir ki, bununla Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı sazişinə əməl edib. Yəni, Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

XATIRLATMA

OPEC-ə üzv və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş altı aylıq bağlanıb.

Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın azaldılması barədə sazişə imza atıb.

Mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılaşması daha 9 aylığa uzadılıb.

Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər bahalaşıb. Hazırda Azərbaycan neftinin bir barreli 58 dollara satılır. İlin əvvəlində isə bu, 50 dollar civarında dəyişirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG