Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 18:34

Avropa Komissiyası: "Kataloniyadakı referendum qanunsuzdur"


Margaritis Schinas, 4 aprel, 2017

Avropa Komissiyasının sözçüsü Margaritus Schinas oktyabrın 2-də deyib ki, İspaniya Konstitusiyasına görə, Kataloniyadakı dünənki referendum qanunsuzdur.

O bildirib ki, Kataloniya ilə Madrid arasındakı bu problem İspaniynın daxili işidir və İspaniyanın konstitusiya quruluşuna uyğun həll olunmalıdır.

O həmçinin deyib ki, Avropa Birliyi problemi dialoq yolu ilə həll etməyə çağırır.

Kataloniyada oktyabrın 1-də keçirilən referendumda 90 faiz müstəqilliyə səs verdi. Rəsmi Madrid isə referendumu qanunsuz hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG