Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 04:07

Şənbə banklar üçün iş günü elan edildi


Mərkəzi Bank

Sentyabrın 30-u Azərbaycanda banklara rəsmi iş günü elan edildiyi bildirilir. Azərbaycan Mərkəzi Bankından (AMB) bununla bağlı kommersiya banklarına məktub daxil olduğu deyilir.

APA-nın xəbərinə görə, məktubu Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev imzalayıb.

Xəbərə görə, məktubda yazılır ki, 2017-ci il sentyabrın 30-da bank sistemindən ötrü rəsmi iş günü elan edilir. Sentyabrın 30-u ödəniş sistemləri üzrə yeni əməliyyat günü hesab ediləcək.

Məktubda qərarın məqsədinə də aydınlıq gətirildiyi bildirilir. Verilən xəbərə görə, orada vurğulanır ki, sentyabrın 30-u banklarda iş günü olması dövlət büdcəsinə daxilolmaların, xərclərin kütləviliyi və hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zərurətindən irəli gəlir.

Bu, eyni zamanda ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə izah edilir.

Bu məlumat müxtəlif rəylərə yol açıb. Əsasən sosial şəbəkələrdə bu, növbəti devalvasiyanın xəbərçisi kimi dəyərləndirilib. MB bu rəylərə münasibət bildirməyib. Ancaq bu yaxınlarda Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirmişdi ki, manatın məzənnəsində yaxın vaxtlarda ciddi dəyişiklik gözlənilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG