Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 23:37

Vəkil ondan müştəriləri ilə bağladığı müqavilələrin istənildiyini deyir


Vəkil Elçin Sadıqov

Vəkil Elçin Sadıqov bu gün, sentyabrın 28-də Vəkillər Kollegiyasına çağırılıb. Ondan Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun şikayəti üzrə izahat verməsi və müştəriləri ilə bağladığı müqavilələrin surətlərinin istəndiyi bildirilir.

Bu haqda AzadlıqRadiosu-na E.Sadıqovun özü danışıb.

Barəsində verilmiş şikayətə kollegiyanın intizam komissiyasında baxılacağını bildirən vəkil ondan müştəriləri ilə bağladığı müqavilələrin surətlərinin istənməsini qanunsuz olduğunu bildirib.

Buna da bax:​ Vəkil: ‘Mehman Hüseynov azadlığa çıxa bilər’

Vəkil deyir ki, həmin müqavilələrdə ifadə olunan bilgilərin məzmunu vəkil sirri təşkil edir. Ona görə də həmin sənədləri təqdim etmək niyyətində deyil:

“Mənə edilmiş heç bir müraciəti, bağladığım müqaviləni yaymaq niyyətində deyiləm. Onları peşə sirrim kimi qoruyacağam”.

E.Sadıqov hakim şikayəti əsasında kollegiyanın onun fəaliyyətini çək-çevir etməsini də doğru saymadığını bildirib.

“Bu hadisə göstərir ki, Vəkillər Kollegiyası vəkillərin hüquqlarını qorumur. Vəkillərin hakimlərdən, müstəntiqlərdən, təhqiqatçılardan və prokurorlardan etdiyi şikayətləri araşdırmırlar, ancaq hakimlər, müstəntiqlər vəkil haqda məktub yazan kimi intizam icraatı başlayırlar”, – E.Sadıqov bildirib.

Buna da bax:​ Vəkilin işinə Rəyasət Heyəti baxacaq

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov vəkil Elçin Sadıqovdan bu ayın əvvəlində Vəkillər Kollegiyasına şikayət edib. Hakim bildirir ki, vəkil jurnalist Elçin İsmayıllının məhkəmə prosesinin gedişatına mane olmağa cəhd edib.

E.Sadıqov isə onu təkzib edir. Vəkil iddia edir ki, hakim onun hüquqlarını pozub. E.Sadıqovun deməsinə görə, hakim qanunvericiliyin tələblərinə zidd olaraq, jurnalist Elçin İsmayıllının işi üzrə hazırlıq iclasını onun iştirakı olmadan keçirib. Vəkil buna etiraz etdikdə, hakim ondan şikayət edib.

Buna da bax:​ Penitensiar xidmət vəkildən şikayət edib

Xatırlatma

Vəkillərdən Vəkillər Kollegiyasına müraciətlər adətən onların cəzalandırılması ilə nəticələnir. Qanunvericiliyə görə, belə müraciətlərə görə, vəkil rəsmi xəbərdar oluna, habelə kollegiyadan kənarlaşdırıla bilər.

Bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkil Yalçın İmanovdan da Vəkillər Kollegiyasına şikayət edib.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili - Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov və Müzəffər Baxışov Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG