Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 21:43

Məhkəmə keçmiş komandanın şikayətinə baxır


Şahin Sultanov. 17 mart 2017

Bu gün, sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun məhkəməsi başlayıb.

Proses Ş.Sultanovun aşağı məhkəmənin hökmündən verdiyi apellyasiya şikayəti üzrə keçirilir. Eyni zamanda, prokurorluq da aşağı məhkəmənin keçmiş komandan haqda çıxardığı hökmdən narazı qalıb. İttiham tərəfi protest verərək, işə yenidən birinci instansiya məhkəməsində baxılmasını tələb edib.

Buna da bax:​ Keçmiş komandan: ‘Bizi süründürürlər’

Şahin Sultanovu məhkəmədə vəkillər Emil BədəlovTelman Abdiyev təmsil edir.

Vəkillər ilkin baxış iclasında vəsatətlərlə çıxış ediblər. Onlar hakimdən şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər.

Ancaq hakim Elşad Şamayevin sədrlik etdiyi məhkəmə heyəti vəsatəti rədd edib.

Məhkəmə prosesi oktyabrın 4-nə təyin edilib.

Bakı Hərbi Məhkəməsi vitse-admiral Şahin Sultanov barəsində mart ayında hökm verib.

Buna da bax: Keçmiş komandan bəraət istəyir

Hökmdən hər iki tərəf narazı qalıb. İttiham tərəfi keçmiş komandana daha ağır cəza verilməsini, keçmiş komandan isə bəraət istəyir.

XATIRLATMA

Ş.Sultanov 2014-cü ilin aprelində həbs olunub. Həmin vaxt Hərbi Prokurorluq açıqlamışdı ki, HDQ-də aparılan yoxlamalar zamanı pozuntular aşkarlanıb.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinirdi.

Buna da bax:​ Vitse-admiral həbsində Hərbi Prokurorluq rəsmilərini günahlandırır

Həmin il dekabrın sonunda Bakı Hərbi Məhkəməsi Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etmişdi.

Ş.Sultanovun 1 ildən çox davam edən məhkəməsi bu il martın 17-də yekunlaşıb. Hökmə əsasən, prokurorun 13 il həbs cəzası istədiyi Şahin Sultanova 3 il sınaq müddəti olmaqla, 8 il 6 ay şərti cəza verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG