Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:22

“Playboy” jurnalının banisi Hugh Hefner 92 yaşında vəfat edib


Hugh Hefner

Beynəlxalq “Playboy” jurnalının banisi Hugh Hefner 92 yaşında vəfat edib.

Bu barədə sentyabrın 28-də nəşrin Tvitter səhifəsində məlumat verilir.

Kişilər üçün olan “Playboy” jurnalı ABŞ-da 1953-cü ildən nəşr edilir.

Jurnalın ilk nəşri 1953-cü ilin dekabrında 51 min tirajla buraxılıb.

Hazırda “Playboy” jurnalı dünyada müxtəlif dillərdə çıxır.

Jurnalın rus versiyası isə 1995-ci ildən buraxılır.

Nəşr 2015-ci ildə özünün çap versiyasında tam çılpaq modellərin verilməsindən imtina edib.

Jurnal bunu ona görə edib ki, PG-13 reytinqi alsın və onu yeniyetmələr də ala bilsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG