Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 17:58

Dağıstan lideri istefa verəcəyini deyir


Ramazan Abdulatipov

Rusiyanın Şimali Qafqazdakı Dağıstan regionunun rəhbəri istefa qərarını açıqlayıb.

Ramazan Abdulatipov sentyabrın 27-də «Govorit Moskva» radiosuna deyib ki, prezident Vladimir Putin-dən istefasını qəbul etməsini istəyəcək.

71 yaşlı Abdulatipov bu qərarını yaşı və vəzifədə olduğu müddətdə «Dağıstanın çox dərin böhrandan çıxmasıyla» izah edib.

Dağıstanda və Şimali Qafqazdakı digər, əsasən, müsəlman respublikalarında hökumət qüvvələri ilə yaraqlılar arasında tez-tez toqquşmalar olur.

Veteran siyasətçi olan Abdulatipov 2013-cü ilin yanvarında Dağıstan administrasiyasının rəhbəri təyin olunub.

Sentyabrın 25-dən Putin Samara və Nijni-Novqorod regionlarının veteran qubernatorlarını işdən çıxarıb, onları gənclərlə əvəzləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG