Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:45

Xaçmazda Amerika Guşəsi açılıb


Gəncədə Amerika Guşəsi (arxiv fotosu)

Bu gün, sentyabrın 27-si Xaçmaz Mərkəzi Kitabxanasında Amerika Guşəsinin açılışı olub. Açılış mərasiminə ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta da qatılıb.

Bu haqda səfirliyin məlumatında bildirilir.

R.Cekuta çıxışında guşənin yerli icmaya vacibliyindən danışıb.

O, kitabxanaya yeni avadanlıq, texnika və lazımi materialları hədiyyə edib. Guşə ingilis dilini öyrənmək və təhsil proqramlarından ötrü açıq elan olunub.

Buna da bax:​ R.Sekuta: 'ABŞ güclü, müstəqil və demokratik Azərbaycan görmək istəyir'

Səfir xanımı ilə birlikdə yerli şagirdlərlə görüşüb, onların gələcək planları və guşənin proqramları barədə söhbət ediblər.

Açılış mərasimində Xaçmaz rayonu İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak edib.

“Amerika Guşəsi” proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi və guşənin Gəncə, Kürdəmir, Salyan, Xaçmaz şəhərlərində yerləşən regional mərkəzlər daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG