Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 16:49

'Qarabağ'ın Çempionlar Liqasında növbəti sınağı


'Roma'nın futbolçuları Bakıda
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

'Roma'nın futbolçuları Bakıda

Bu gün, sentyabrın 27-si UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Ağdamın «Qarabağ» klubu İtaliya təmsilçisi «Roma»nı Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Görüşü Portuqaliyadan olan baş hakim Artur Dias idarə edəcək. Ona həmyerliləri - yan xətt hakimləri Rui TavaresPaulo Soares kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirəcək. Matçın hakim-inspektoru Haim Jakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleg Harlamov-dur.

«Qarabağ» klubun baş məşqçisi Qurban Qurbanov deyib ki, oyunun önəminin fərqindədirlər:

«Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. «Roma» çox peşəkar komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək. Avropa təcrübəmiz olsa da, bunlar tam fərqli turnirlərdir. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da, bu görüşə yaxşı hazırlaşmışıq. Daha yaxşı çıxış etməyə çalışacağıq».

Oyun saat 20:00-da başlayacaq.

«Qarabağ» və «Roma» klubları Çempionlar Liqasının C qrupunda mübarizə aparır. Ağdam təmsilçisi ilk oyunda Londonun «Çelsi» klubuna böyük hesabla (6:0) məğlub olub. «Roma» isə ilk oyunda qrupun digər iddialı klubu - Madrid «Atletiko»su ilə qolsuz bərabərə qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG