Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 20:49

Hazır obyektlər satılır, amma işçisi yoxdur


Azərbaycanda hərrac (arxiv fotosu)

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) oktyabrın 24-nə təyin etdiyi növbəti hərraca çıxarılan 131 kiçik müəssisə və obyektdə cəmi 15 nəfər çalışır. Digər müəssisələrin isə nə müdiri var, nə də gözətçisi.

Hərraca ilk dəfə olaraq Tovuzdakı «Şəfəq» kinoteatrı, Naftalan şəhərindəki qənd istehsalı sexi, İmişlidəki 3 mağaza və iaşə obyekti çıxarılıb. Onların da işçisi yoxdur. «Elə dövlət obyektləri var ki, uzun müddət işləməyib, bu səbəbdən burada çalışanlar da iş yerini tərk etməli olub. Bu obyektləri satışa çıxarırıq. Kim istəyir, gəlib ala bilər», – ƏMDK-nın mətbuat katibi Qulu Xəlilov AzadlıqRadiosu-na deyib.

Buna da bax:​ Daşkəsəndəki kombinatın satışı gələn ilə qaldı

Adı çəkilən müəssisə və obyektlərdən fərqli olaraq, hərraca çıxarılanların bəziləri ilkin qiymətindən 2 dəfə aşağı qiymətə təklif olunur. Məsələn, Sumqayıtda, «Bağlar massivi» deyilən ərazidə, dənizin kənarında yerləşən «Laçın» restoranı bir il öncə 410 min manata satışa çıxarılmışdı. İndi hərraca qoşulan investor onu 205 min manata da ala bilər.

Qanunvericiliyə görə, kiçik müəssisə və obyektlər iki dəfə hərraca çıxarılandan sonra alıcı tapmazsa, növbəti hərracda ilkin qiymət 10 faiz, daha sonra 25 faiz salınır. Beşinci hərracda isə qiymət yarıbayarı endirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG