Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:39

Pambıq tarlalarından son rəqəmlər...


Biləsuvarda pambıq yığımı

Bu il sentyabrın 25-nə kimi Azərbaycan ərazisində 32 min 686 ton pambıq tədarük edilib.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında yazılır.

Məlumatda bildirilir ki, pambıq tədarükündə lider Saatlı rayonudur.

Saatlı rayonunda bu mövsümdə 6 min 893 ton pambıq yığılıb.

İkinci sıradakı Biləsuvar rayonunda 3 min 828 ton pambıq yığılıb.

Buna da bax:​ Azərbaycan 140-a yaxın pambıqyığan kombayn alır

Üçüncü sırada Sabirabad pambıqçıları dayanır. Onların 3 min 775 ton pambıq topladığı bildirilir.

Sentyabrın 20-nə kimi Azərbaycan ərazisində 14 min 988,88 ton pambıq tədarük edilmişdi.

Xatırlatma

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

Buna da bax: Ağcabədili: ‘Prezidentimiz dedi... 4 hektar pambıq əkdim’

Ölkə başçısı bu ilki çıxışlarından birində demişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin analoji göstəricisindən 33 min 373 hektar çox idi.

2017-ci ildə isə Azərbaycanda 136 min 413,2 hektar sahədə pambıq əkilib.

Ən çox pambıq Saatlıda əkilib - 17 min 220 hektar.

Bəzi ekspertlər hökumətin pambıqçılığın inkişafına xüsusi diqqət ayırmasını perspektivsiz hesab edirlər. Onlar deyirlər ki, pambıqçılığın neftlə müqayisədə əziyyəti çox, gəliri isə azdır. Üstəlik, onlar deyirlər ki, pambıqçılıq ölkədə heyvandarlığa ağır zərbə vurub. Bundan sonra ölkədə ət idxalı artıb.

Buna da bax:​ Biləsuvarlılar daha pambıq yığmaq istəmirlər

Əkin sahələri artsa da son illər məhsuldarlığın hər hektara görə aşağı düşdüyü də söylənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG