Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 23:47

Özbəkistanda ilk dəfə vətəndaşa valyuta almağa icazə verirlər


arxiv

Özbəkistanda hökumət dolların məzənnəsini iki dəfə qaldırandan sonra indi elan edir ki, hər bir vətəndaş oktyabrın 1-dən xarici valyuta ala biləcək.

Bunu Özbəkistanın baş naziri Abdulla Aripov sentyabrın 23-də elan edib.

Özbəkistan 1991-ci ildə müstəqillik qazanandan bəri ilk dəfədir ki, vətəndaşlara sərbəst valyuta almağa icazə verilir.

Ölkənin Mərkəzi Bankı sentyabrın 5-də özbək somunun qiymətini kəskin aşağı saldı. 1 ABŞ dolları 4210 som idi, birdən -birə 8100 soma qalxdı.

Özbəkistan prezidenti Shavkat Mirziyoevin sentyabrın 23-də verdiyi fərmana görə, vətəndaşlar xarici valyutanı nağd yox, yalnız xüsusi kartdakı hesaba ala bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG