Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:19

İraqdakı uşaqlardan birinin Azərbaycanda qohumları tapılıb


"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

"Arvadım İŞİD-ə qoşulub"

Azərbaycanın İraqdakı səfirliyinin konsulu Zəbi Axundov bu ölkədə uşaq evində saxlanan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin deməsinə görə, haqqında danışılan azyaşlının Azərbaycanda babası və başqa qohumları müəyyən edilib.

Mətbuat xidmətinin rəhbəri deyib:

«Azyaşlının Azərbaycana gətirilərək qohumlarına təhvil verilməsi üçün Azərbaycanın İraqdakı səfirliyi bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir».

H.Hacıyev bildirib ki, Azərbaycanın İraqdakı səfirliyi həmin ölkədə eyni vəziyyətlə üzləşən digər azərbaycanlıların da məsələsini diqqətdə saxlayır.

XATIRLATMA

Bəzi KİV-lərdə İraqın İŞİD-dən təmizlənən ərazilərində azərbaycanlı uşaqların olması ilə bağlı reportajlar yayılıb. Reportajların birində bildirilir ki, indi yiyəsiz qalan bəzi azərbaycanlı uşaqların valideynləri axtarılır.

İraq və Suriyada tutduqları torpaqlarda «İslam xilafəti» elan edən «İraq-Şam İslam Dövləti» (İŞİD) adlı terror qruplaşmasının tərkibinə 2012-ci ildən etibarən Azərbaycandan olan ayrı-ayrı şəxslərin və hətta bəzi bütöv ailələrin qoşulması haqda xəbərlər dolaşırdı.

Sonradan terror təşkilatlarında fəaliyyət göstərdikləri bildirilən bəzi şəxslər geri qayıtdıqdan sonra Azərbaycanda məsuliyyətə cəlb ediliblər.

Bu günlər Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev bildirib ki, İŞİD-ə təqribən 900-ə qədər Azərbaycan vətəndaşı qoşulub.

M.Quliyev onlardan 85-nin hazırda həbsdə olduğunu deyib:

«195 nəfər isə vətəndaşlıqdan çıxarılıb».

DTX rəisi bildirib ki, müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlar da onlara qoşulublar.

M.Quliyevin deməsinə görə, bəziləri ailələri ilə ora gedib və orda uşaqları da olub:

«Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG