Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 05:05

Kürdüstanda səsvermə başlayıb


Ərbildə referendum tərəfdarlarının mitinüqi, 16 sentyabr 2017

İraqın yarımmuxtar kürd regionunda müstəqillik referendumu başlayıb.

Kürdüstan Regional Hökumətinin (KRG) prezidenti Masud Barzani deyib ki, hüquqi qüvvəsi olmayan səsvermə regionun müstəqilliyinin razılaşdırılmasını hədəfləyən uzun prosesdə ilk addımdır.

1991-ci ildən müstəqil olan bu region islamçı ekstremistlərlə müharibədə böyük rol oynayıb.

Yerli vaxtla səhər 8-dən 12 min seçki məntəqəsi açılıb. Regionda 5.3 milyondan çox seçici var. Seçki məntəqələrinin 12 saat açıq qalacağı gözlənilir.

İlkin nəticələr 24 saat ərzində gözlənir.

«Bağdadla tərəfdaşlıq alınmadı və buna qayıtmayacağıq», – Barzani sentyabrın 24-də paytaxt Ərbildə mətbuat konfransında deyib.

O, bütün kürdləri «sülh içində» səs verməyə çağırıb.

BMT, Birləşmiş Ştatlar və digər Qərb ölkələri referendumun diqqəti «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla müharibədən yayındıra biləcəyini dilə gətiriblər.

Bağdaddakı mərkəzi hakimiyyət də referenduma qarşı çıxır. Böyük kürd azlıqları olan qonşu Türkiyə və İran da eyni mövqe sərgiləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG