Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 06:16

Erdoğan BMT tribunasınadn Azərbaycanın ərazi bütövlüyünə dəstək verir


Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdogan sentyabrın 19-da BMT-nin Baş Assambleyasındakı çıxışında Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə dəstək verib.

O deyib ki, Güney Qafqazda Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün saxlanması bölgənin rifahının açarıdır. Buna görə də Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya münaqişələrinin çözülməsi üçün beynəlxalq aləm daha çox səy göstərməlidir.

Erdoğan İraq Kürdlərinin isə müstəqillik referendumundan vaz keçməsini tələb edib.

İraq Kürdlərinin müstəqillik referendumundan vaz keçməsini tələb edib.

Frans Press Agentliyinin məlumatına görə, Erdoğan deyib ki, belə müstəqilik tələbləri regionda yeni böhranlara gətirə bilər. “Buna görə mən Kürd Regional Hökumətini bu istiqamətdə təşəbbüsləri dayandırmağa çağırıram”

Öz sərt mövqeyini Erdoöan onunla izah edib ki, “Türkiyənin aydın və müəyyən mövqeyinə məhəl qoymamaq elə proseslərə apara bilər ki, İraq Kürd Hökumətinin indi yararlandığı imkanlar da əlindən çıxar”

İraq Kürdüstanı sentyabrın 25-də müstəqillik refendumu keçirməlidir. İraq Kürdüstanı 1991-ci il İraq müharibəsindən bəri İraq tərkibində muxtar regiondur. ABŞ, İran da daxil demək olar ki, bütün ölkələr bu refrendumun əleyhinədir. Refrendumun lehinə yalnız İsraildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG