Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 11:45

Yerevanda Erməni Ümummilli forumu başlanıb


Yerevan, Forum

Yerevanda sentyabrın 18-də Ermənistan-Diaspor 6-cı Ümumerməni Forumu başlanıb. Forum "Qarşılıqlı inam, birlik və məsuliyyət" şüarı ilə keçirilir.

Forumda çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan deyib ki, "bizim gücümüz birlikdədir".

Ermənistanın News.am xəbər saytı bildirir ki,Türkiyə parlamentində Kürd Demokratik partiyasından deputat və milliyətcə erməni olan Garo Paylan ilk dəfədir Ermənistana gəlib.

Ancaq o yalnız bunu deyib ki, Ermənistana gəlməyinə şaddır, jurnalistlərin digər suallarına cavab vermək istəməyib.

Yerevanda Edward Nalbandian Garo Paylanla görüşür
Yerevanda Edward Nalbandian Garo Paylanla görüşür

Forumda ABŞ, Belçika, Rusiya, Argentina, İran, Livan, Kanada, BƏƏ, Türkiyə, Suriya və digər ölkələrin erməni diasporları iştirak edir.

Forum sentyabrın 20-də başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG