Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:14

Ağ ev Paris razılaşmasından çıxmaq qərarının dəyişmədiyini deyir


Donald Trump

Ağ ev prezident Donald Trump-ın iqlimlə bağlı Paris razılaşmasından çıxmaq qərarını dəyişməsi barədə məlumatı təkzib edib.

Bu barədə Azadlıq Radiosu “The Hill” qəzetinə istinadla xəbər verir.

Trump administrasiyası bildirib ki, ABŞ-ın Paris razılaşması ilə bağlı mövqei dəyişməyib.

“Prezident tamamilə açıq şəkildə bildirib ki, əgər bizim ölkəmizə daha yaxşı şərt təklif olunmas ABŞ ondan çıxacaq” Ağ evin məlumatında bildirilir.

“Wall Street Journal” qəzeti şənbə günü Trump administrasiyasının bu məsələdə mövqeinin yumşaldığını yazmışdı.

Mənbənin yazdığına görə, ABŞ bu müqavilədən çıxmamaq üçün ona yaxşı şərtlər təklif olunmasına nail olmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG