Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 19:52

Milli Şura mitinq qərarı verib


Milli Şura Bakıda aksiya keçirir. 8 aprel 17

Milli Şura mitinq haqqında qərar verib.

Bu quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, sentyabrın 23-ü aksiya keçirməkdən ötrü Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.

AXCP sədri dünyanın müxtəlif mətbu orqanlarında Azərbaycanla bağlı dərc olunmuş araşdırmalara istinad edərək deyib:

“Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını istəyib, lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib”, - o qeyd edib.

Buna da bax:​ Cəmil Həsənli: 'Bu vəziyyəti yaradan İlham Əliyevdir'

Kərimli bildirib ki, Milli Şura xalqın pullarının geri qaytarılmasını, günahkarların cəzalandırılmasını tələb edir.

Ancaq rəsmi qurumlardan, hələlik, bu aksiyaya hər hansı münasibət bildirilməyib.

Xatırlatma

“The Guardian” qəzetində dərc olunmuş araşdırmaya görə, 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar çıxarılaraq Böyük Britaniyada qeydiyyatdan keçən 4 ofşor şirkətə ötürülüb.

Həmin pulların “yuyularaq” mənimsənildiyi və rüşvət verildiyi iddia edilir.

Buna da bax:​ İsa Qəmbər: “Əsas məqsəd azad sözü boğmaqdır”

Öz növbəsində rəsmi Bakı araşdırma yazısında qeyd edilənləri təkzib edir.

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib ki, məqalədəki “məlumatlar” absurd xarakter daşıyır.

“Dünyada müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır”, – o qeyd edib.

Buna da bax:​ Əli Kərimli Baş Prokurorluqda dindirilib [video]

Rəsmilər bəyan ediblər ki, həmin məsələlərin nə Azərbaycan dövlətinə, nə də onun ailə üzvlərinə aidiyyatı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG