Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:02

Əli Kərimli Baş Prokurorluqda dindirilib [video]


Bu gün, iyunun 16-sı Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) sədri Əli Kərimli Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində ifadə verib.

Ə.Kərimli ifadə verdikdən sonra jurnalistlərə deyib ki, onu həbsdə olan müavini Gözəl Bayramlının işi ilə bağlı istintaqa çağırıblar.

«AXCP sədrinin müavini Gözəl Bayramlı şərlənərək həbs edilib. O pulu onun əşyaları arasına atıblar. Ancaq tutaq ki, o pul onun idi. Niyə gözləmirsiz? Bəlkə gömrükdə bəyan edəcəkdi? Məgər ölkəyə pul gətirmək cinayətdir? Yaxud Gözəl Bayramlı mərhum Həsən Kərimovun xanımı ilə gəlirdi. Elə 12 mini öz aralarında bölərdilər, məsələ də bununla bitərdi… Bu iş kobud şəkildə saxtalaşdırılmış işdir».

Ə.Kərimli vurğulayıb ki, G.Bayramlı ilə bağlı cinayət işinin Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılması da məntiqlə başa düşülmür. Çünki G.Bayramlı az ağır cinayətdə ittiham edilir.

«Bu qərəzdir. Onun haqqında həbs-qətimkan tədbirinin də dərhal seçilməsi bu qərəzin göstəricisidir. Azərbaycanda belə bir təcrübə yoxdur ki, belə cinayətə görə dərhal həbs qərarı verilsin. Üstəlik, onun dərmanları özünə verilməyib, qanunsuz olaraq evində axtarış və götürülmə aparılıb. Deməli, planlı, qurama iş aparılıb».

Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

XATIRLATMA

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

«İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib».

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicəsi məqsədilə gedib. Son 2 ildə Gürcüstanda 3 dəfə əməliyyat olunub.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Əli Kərimli Baş Prokurorluqda dindirilib
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG