Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:19

Bağdadda rusiyalı yaraqlı ölüm cəzasına məhkum edilib


İraq antiterror qüvvələri İslam Dövləti qruplaşmasına qalib gəlib bayrağını ələ keçirdiklərini bayram edirlər. Mosul, 2 iyul, 2017

İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasının rusiyalı üzvü sentyabrın 12-də ölüm cəzasına məhkum edilib. Mosul yaxınlığında ələ keçirilmiş bu şəxs edam olunacaq.

İraq rəsmiləri bildirirlər ki, adı çəkilməyən həmin rusiyalı 2015-ci ildən bəri hökumət qüvvələrinə qarşı vuruşub. O, Bağdadda ölüm cəzasına məhkum edilmiş ilk rusiyalı yaraqlıdır.

Buna da bax:​ İŞİD-in əlində 11 mindən çox boş Suriya pasportu var

Frans Press agentliyinin məlumatına görə, 28 yaşı olan həmin şəxs dindirmə zamanı deyib ki, İslam dinini Moskvada kəşf edib, tikintidə çalışan özbək fəhlələr onu bu dinə gətiriblər.

İraqa gələndən sonra o, Abu Yasmina al-Russi adını götürüb və Mosulda ələ keçirilməmişdən öncə yaralanıbmış.

İraq qüvvələri Mosulu azad edərkən yüzlərlə İŞİD-çini tutublar. Reuters agentliyi yazırdı ki, hökumətin əlində yaraqlıların 1400-dək arvad-uşağı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG