Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:06

Hillary Clinton deyir, daha siyasi namizəd olmayacaq


Hillary Clinton

ABŞ-ın keçmiş dövlət katibi, demokratların ötən prezident seçkisində namizədi olmuş Hillary Clinton deyir ki, o, daha siyasi posta namizədliyini verməyəcək, ancaq siyasətdə qalacaq.

CBS televiziyasının sentyabrın 10-da yayımlanan “Sunday Morning” proqramına danışan Clinton söyləyib ki, onun “aktiv siyasətçi kimi karyerası bitib”.

Buna da bax:​ Trump-ın oğlu Rusiya ilə sövdələşməyə girmədiyini deyir

“Daha namizədliyimi verməyəcəyəm. Ancaq siyasətdən getmirəm, çünki ölkəmizin gələcəyinin doğrudan da risk altında olmasına inanıram”, – o söyləyib.

Clinton ötən ilki seçkidə respublikaçıların namizədi Donald Trump-a uduzub, baxmayaraq ki, onun qələbəsinə ümidlər böyük idi.

O, məğlubiyyətinin “hələ də ağrılı olduğunu, incitdiyini” vurğulayıb.

Clinton “Nə baş verdi” (What Happened) adlı kitabının reklamı məqsədiylə mediaya müsahibələr verir. Kitabında o, Trump-a uduzmasının məsuliyyətini götürsə də, bunun səbəbləri içində Rusiyanın seçki kampaniyasına iddia olunan müdaxiləsini də sadalayır.

Buna da bax: Vəzifəsini itirən FTB başçısı 2 milyon dollarlıq kitab kontraktı imzalayıb

69 yaşlı Clinton dövlət katibi olub, səkkiz il ərzində Nyu York ştatından senator vəzifəsini tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG