Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 07:23

Rusiya Saxalindən Yaponiyanın Hokkaydo adasına körpü çəkmək istəyir


Vladimir Putin və Maksim Sokolov

Rusiya ilə Yaponiya artıq bu il Saxalin və Yaponiyanın Hokkaydo adası arasında körpü çəkilməsini müzakirə edə bilərlər.

“Regnum” agentliyinin sentyabrın 6-da yaydığı məlumata görə, bunu Rusiyanın nəqliyyat naziri Maksim Sokolov “Şərqi iqtisadi forum”da bildirib.

Sokolov TASS agentliyinəartıq bu il yaponiyalı həmkarı ilə danışıqlar aparmaq fikrində olduğunu deyib.

O bildirib ki, hələlik ilkin investisiyanın həcmi barədə danışmaq mümkün deyil, öncə Yaponiya tərəfi ilə razılıq əldə etmək lazımdır.

Məlumata görə, Rusiyanın yüksək və yüksək sürətli hərəkətin inkişafı, beynəlxalq əməkdaşlıq məsələləri üzrə vitse-prezidenti Aleksandr Misharin Yaponiyanın infrastruktur və nəqliyyat naziri ilə nəqliyyat keçidi layihəsi hazırlamaq üçün işçi qrup yaradıblar.

Bəzi məlumatlara görə, layihənin dəyəri 1 trilyon rubl ola bilər.

Rusiyanın baş nazir müavini İgor Shuvalov bundan əvvəl Rusiyanın sakit okean sahilinə dəmiryol xətti və Saxalinlə Rusiyanı birləşdirən körpü çəkilməsinə yaxın olduğunu bəyan eləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG