Keçid linkləri

Təcili xəbərlər
2018, 20 May, bazar, Bakı vaxtı 23:36

Blok edilən sayt hökumətdən şübhələnir


Blok olunmuş sayt.

'infoaz.org' saytına girişin məhdudlaşdırılmasında bilavasitə Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarının rolu var”.

Avqustun 19-dan etibarən ölkə ərazisində blok edilən saytın sentyabrın 4-də yaydığı açıqlamada belə yazılır.

Açıqlamada qeyd edilir ki, “infoaz.org” saytının fəaliyyəti heç bir səbəb göstərilmədən, əsasız yerə məhdudlaşdırılıb. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməsinə baxmayaraq, sayta giriş, hələ də mümkün deyil.

Buna da bax:​ Fuad Ağayev: "Saytlarımızı bloklayıblar"

Sayt rəhbərliyi güman edir ki, əsassız yerə, heç bir məhkəmə qərarı olmadan sayta girişin, hələ də mümkün olmaması, bloklamanın arxasında hökumətin dayandığını göstərir.

Açıqlamada hökumətdən saytın bloklanmasının aradan qaldırılması istənilir.

“infoaz.org” xəbər saytıdır. Resursa ölkə ərazisindən giriş avqustun 19-dan blok edilib. Saytın rəhbəri Namiq Cəfərli elə həmin gün Baş Prokurorluğa dəvət edilmişdi.

"Baş Prokurorluğa dəvət olunmağım prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov barədə yazdığım müəllif yazısı ilə bağlı idi", - Baş Prokurorluqdan çıxdıqdan sonra N.Cəfərli belə demişdi.

Buna da bax:​ 'Hakimiyyətə işləyən məlum sayt bu barədə ətraflı yazmışdı'

"Əli Həsənov Prezident Administrasiyası uğrunda gedən savaşdan qalib çıxa biləcəkmi?", – sərlövhəli yazıda iddia edilirdi ki, hakimiyyət daxilində bəzi qüvvələrin bir-biri ilə kəskin mübarizəsi gedir.

Namiq Cəfərli
Namiq Cəfərli

Ardınca, Namiq Cəfərli avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılmışdı.

O, DTX-dən çıxdıqdan sonra demişdi ki, onu yazılarına görə, sorğu-sual ediblər.

“Dövlət Təhlükəsizlik Xidmətinə çağırılmağım rəhbəri olduğum saytda yaymış bəzi yazılarla bağlı idi. Həmin yazılara müəyyən iradlarını bildirdilər”, – deyən jurnalist bu yazılar barədə detallı danışmamışdı.

Buna da bax:​ Əyalətin 'yatmış' və 'ayıq' saytları...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytların bloklanması ilə bağlı müraciətlərə cavab vermir. Məhkəmə vasitəsilə blok edilən saytlar istisna olmaqla, nazirlik bundan öncə bir neçə dəfə eyni halların baş verməsindən xəbərsiz olduğunu bəyan edib.

“infoaz.org” saytı ilə də bağlı baş verənlərə, hələlik, nazirlikdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Saytların bloklanması Azərbaycanda bu ilin əvvəlindən geniş vüsət almağa başlayıb.

Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

Qanunvericiliyə müəyyən dəyişiklik edildikdən sonra, mart ayından ölkədə bir neçə müstəqil və müxalif sayta giriş əngəllənib. Rabitə, Nəqliyyat və İnformasiya Texnologiya Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb.

Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla həmin saytların bloklanması məhkəmə müstəvisində həllini tapıb. Söhbət AzadlıqRadiosu-nun, «Azadlıq» qəzetinin, “MeydanTV”nin, “TuranTV”nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir. Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.

Buna da bax: Müstəqil saytların hansı yazıları bloklanmaya "əsas" gətirilir? [siyahı]

Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına, onun təhlükəsizliyinə ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Üstəlik, bu ilin iyununda jurnalist Anar Məmmədov da rəhbərlik etdiyi criminal.az saytının bloklanmasından şikayət etmişdi. O, bloklanmanı bir əsgər ölümü ilə bağlı hazırladığı foto və videoyazılarla əlaqələndirmişdi.

Son həftələrdə bir neçə başqa internet resursuna da ölkə daxilindən girişin məhdudlaşdırıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG