Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 18:25

Prezident Cəlilabaddan Lənkərana gedib


İlhamƏliyev

Sentyabrın 2-də Azərbaycanprezidenti İlham Əliyev Cəlilabad rayonunun ardınca Lənkərana səfərə edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı əvvəlcə keçmiş prezident Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Daha sonra o, Lənkərana səfəri çərçivəsində fermer Araz Yaqubovun “Yaşıl Çay” MMC-nin plantasiyasında görülən işlərlə tanış olub.

Dövlət başçısına plantasiya barədə ətraflı məlumat verilib.

Prezident kollektivlə də söhbət edib.O deyib ki, Lənkəran həmişə Azərbaycan çayçılığının mərkəzi olub:

“ İndi də bu ənənəvi sahəni bərpa edirik. Çox şadam ki, bu sahə bərpa olunur. Sahələr artırılır və iş yerləri açılır, xüsusilə də qadınlar üçün”,deyə prezident vurğulayıb.

Prezident sentyabrın 2-siLənkəran rayonundan öncə Cəlilabad rayonunda səfərdə olub. Bir sıra obyektlərin açlışında iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG