Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 18:54

Hərbi hissələrdə 'Açıq qapı' günü keçirilir


Arxiv fotosu

Bu gün, sentyabrın 2-si Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb:

“Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan şərait ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Buna da bax:​ Qurbanlıq dəvələr. Bayram xaricdə necə qeyd olunur?

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq. Onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək”, – nazirliyin məlumatında vurğulanır.

Sentyabrın 1-i və 2-si Azərbaycanda rəsmən Qurban bayramıdır.

İslam dininə görə, hər bir mömin müsəlman Allaha qurban kimi bir heyvan kəsməlidir.

Tövsiyə edilir ki, qurban kəsilən heyvanın əti üç hissəyə bölünməlidir. Birinci hissəni heyvanın sahibi özünə götürməli, ikinci hissə qonum-qonşuya, üçüncü hissə isə imkansız ailələrə, yetim-yesirlərə paylanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG