Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 02:26

Kabildə şiə məscidinə hücum edilib,ölənlər var


Kabildə məscidə hücum

Kabildə şiə məscidinə silahlı hücum edilib.

Bu barədə avqustun 25-də Azadlıq Radiosu Əfqanıstan hakimiyyətinə istinadla xəbər verir.

Rəsmilərin məlumatına görə,hücum nəticəsində azı 12 nəfər ölüb.Hücuma görə cavabdehliyi "islam dövləti" qrupu üzərinə götürüb.

Əfqanıstan daxili işlər nazirliyinin nümayəndəsi Najib Danish "İmam Zaman" məscidinə hücum edildiyini deyir.

Kabil polisinin nümayəndəsi Basir Mujahid-in sözlərinə görə, intiharçı özünü məscidin içərisində partladıb.

Adı çəkilməyən polis əməkdaşı isə əvvəlcə atışma, sonra isə partlayış olduğunu deyir.

Şahidlər isə hücum edənlərin əvvəlcə məscidə bir neçə əl qumbarası atdıqlarını, sonra isə içəri soxulduqlarını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG