Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 02:27

Əfqan Muxtarlı girov əvəzində azadlığa buraxılmadı


Əfqan Muxtarlı

“Şəkər xəstəliyimlə bağlı mən hər gün 10 kilometr piyada gəzməliyəm. Həm də istintaq dövründə həbsdə yox, ev şəraitində olsam, bu, normal müalicə almağıma da imkan verərdi”.

Vəkili Zibeydə Sadıqovanın deməsinə görə, bunu həbsdəki jurnalist Əfqan Muxtarlı Nəsimi Rayon Məhkəməsindəki çıxışında deyib.

Jurnalistin vəkilləri onun barəsindəki həbs qərarının ev dustaqlığı və ya girov əvəzində azadlığa buraxılma ilə dəyişdirilməsinə aid məhkəmə qarşısında vəsatət qaldırıblar. Vəsatətə bu gün. avqustun 24-də Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baxılıb.

Buna da bax:​ Əfqan Muxtarlının həbs müddətinə etirazı rədd edilib

İclas qapalı keçirilib. Zibeydə Sadıqovanın AzadlıqRadiosu-na deməsinə görə, Ə.Muxtarlı məhkəmədə bildirib ki, heç bir təqsiri yoxdur. Təqsiri olmaya - olmaya həbsdə tutulmasının doğru olmadığını bildirən jurnalist istintaqdan yayınmaq kimi niyyətinin də olmadığını qeyd edib.

“Məni Gürcüstandan oğurlayıb sərhədə gətirdilər və Azərbaycan tərəfinə təhvil verdilər. Mən dəqiq bilirəm ki, bu işi Gürcüstanda təşkil edənlərdən bəziləri işdən uzaqlaşdırılıblar. Onların barəsində Gürcüstanda cinayət işi də açılıb. Bu cinayət Azərbaycanda davam edib. Məni təhvil alanlar Azərbaycanda məsuliyyətə cəlb edilməyənədək ölkədən getmək niyyətim yoxdur”, – vəkilinin deməsinə görə, Ə.Muxtarlı bildirib. O, sağlıq durumu haqda da məlumat verib.

Buna da bax: Gözəl Bayramlıya 'yox' deyildi

Vəkilinin bildirməsinə görə, təcridxana şəraitində müayinə və müalicənin effektsiz olduğunu məhkəmə heyətinin diqqətinə çatdırıb.

Vəkili Z.Sadıqova isə deyib ki, məhkəmə Ə.Muxtarlının istintaq zamanı həbsdə tutulması haqda qərar verərkən heç bir ağlabatan əsas göstərməyiblər. O, məhkəmədən jurnalistin ev dustaqlığına buraxılması və ya girov müqabilində azad edilməsini xahiş edib.

Məhkəmə heyəti bunlardan heç birini etməyib. Ə.Muxtarlının istintaq dövründə həbsdə saxlanılmasına qərar verib.

Buna da bax:​ Təcridxana rəhbərliyi: “Ə. Muxtarlının qanında şəkərin miqdarı normadan yüksəkdir”

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

Buna da bax:​ 'Əfqan Muxtarlıya 'zərərçəkmiş' statusu verilməlidir'- deputat

O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Əfqan Muxtarlı olayında yerli hüquq mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG