Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:29

Təcridxana rəhbərliyi: “Ə. Muxtarlının qanında şəkərin miqdarı normadan yüksəkdir”


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

“Əfqan Muxtarlının səhhəti hazırda kafidir. Bakı İstintaq Təcridxanasında onun təzyiqinə, qanındakı şəkərin miqdarına nəzarət edilir”.

Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovun və təcridxananın tibbi-sanitar hissənin rəisi Qurban Hüseynovun həbsdəki jurnalistin vəkillərinə məktubunda belə yazılır. Bu haqda Azadlıq Radiosuna jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilləri ayın əvvəlində təcridxana rəhbərliyinə müraciət edərək, Ə.Muxtarlının sağlıq durumunun nəzarətdə saxlanmasını, gərəkli müayinə-müalicələrin təmin edilməsini istəmişdilər.

Təcridxana rəhbərliyinin cavabında bildirilir ki, Əfqan Muxtarlı Bakı İstintaq Təcridxanasına yerləşdiriləndən - iyun ayının 1-dən gərəkli tibbi müalicə-müayinə ilə təmin edilib.

“Müayinəsi zamanı Ə.Muxtarlı şəkərli diabet xəstəsi olduğunu bildirib. O, klinik, laborator, rentgenoloji, elektrokardioloji, ultrasonoloji müayinələrdən keçirilib. Müayinə zamanı yalnız şəkərinin normadan bir qədər yüksək olduğu müəyyən edilib. Ona dəstəkləyici dərmanlardan istifadəni davam etdirməsi məsləhət görülüb. Qanda şəkərin səviyyəsinə nəzarət məqsədilə qlükometr cihazını daim yanında saxlaması üçün tapşırıq verilib”, təcridxana rəhbərliyi vəkillərə bildirib.

Məktubda o da qeyd olunur ki, Ə.Muxtarlı təcridxanada saxlandığı müddətdə daim həkim nəzarətində saxlanıb, kardioloq və endokrinoloq onu konsultasiya edib.
Bu müddət ərzində Ə.Muxtarlının səhhətində xüsusi tibbi yardım tələb edən heç bir kəskin vəziyyət - arrterial təzyiq, qanda şəkərin miqdarının kəskin yüksəlməsi halının damüəyyən edilməyi bildirilir.

Bir müddət öncə vəkilləri jurnalistin sağlıq problemlərinin olduğunu açıqlamışdılar. Onun mədə ağrılarından əziyyət çəkdiyi, 21 kiloqram çəki itirdiyi bildirilmişdilər.

Bir neçə gün əvvəl isə jurnalistin vəkillərindən Nemət Kərimlionun ürəyində ciddi problemlərin olmasından bəhs etmişdi.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG