Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 09:53

Əfqan Muxtarlının həbs müddətinə etirazı rədd edilib


Vəkil Elçin Sadıqov

Avqustun 23-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının həbs müddətinin uzadılmasından şikayətə baxılıb. Abid Abdinbəyovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib.

Qapalı keçirilən məhkəmə haqda AzadlıqRadiosu-na vəkil Elçin Sadıqov məlumat verib.

Nəsimi Rayon Məhkəməsi avqustun 17-də Əfqan Muxtarlı haqqında həbs-qətimkan tədbirinin müddətinin daha iki ay uzadılması haqda qərar çıxarmışdı. Apellyasiya şikayəti də həmin qərardan verilib.

Buna da bax:​ Məhkəmə Ə.Muxtarlının işində iki şikayəti rədd edib

“Qanuna görə...”

Vəkil Əfqan Muxtarlı haqqında cinayət işinin materiallarının məhkəməyə gətirilməsi üçün vəsatət qaldırıb: "Qanuna görə, məhkəmə nəzarəti qaydasında şikayətə baxılarkən, mütləq cinayət işinin materialları gətirilməli, qərar onun əsasında çıxarılmalıdır. Biz də məhz iş materiallarına əsaslanıb deyirik ki, Əfqan Muxtarlı haqqında həbs-qətimkan tədbirinin uzadılmasına qanuni əsaslar yoxdur. Təəssüf ki, məhkəmə iş materiallarının gətirilməsi ilə bağlı vəsatətimizi təmin etmədi".

“Hakimlər əhəmiyyət vermədilər”

Məhkəməyə Əfqan Muxtarlının özü də qatılıb. Vəkilin sözlərinə görə, jurnalist də haqqındakı cinayət işinin saxta olduğunu söyləyib və Gürcüstandan oğurlanıb Bakıya gətirilməsi ilə bağlı cinayət işi başlanmasını da tələb edib: "Hakimlər buna əhəmiyyət vermədilər".

Buna da bax: “ Gürcüstan işi ” hesabatı açıqlanacaq

Jurnalistin səhhətindəki problemlərin qaldığını deyən vəkil bildirib ki, Əfqan Muxtarlıya təcridxanada yazılmış və qəbul etdiyi dərman onun təzyiqini kəskin aşağı salır:

“Yenidən müraciət etmişik”

"Biz ona keyfiyyətli tibbi yardım göstərilməsi üçün yenidən müraciət edəcəyik. Əfqanın ev dustaqlığına buraxılmasından ötrü yenidən Nəsimi rayon məhkəməsinə də müraciət etmişik", - vəkil belə deyib.

Buna da bax:​ Təcridxana rəhbərliyi: “Ə. Muxtarlının qanında şəkərin miqdarı normadan yüksəkdir”

Avqustun 23-də Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının da həbsinin uzadılması qərarından verilmiş şikayətə baxılmalı idi. Vəkil Elçin Sadıqov deyir ki, Gözəl Bayramlını təcridxanadan məhkəməyə gətirməyiblər. Bu səbəbdən də məhkəmə avqustun 24-nə ertələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG