Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 11:42

Femen qrupunun yarıçılpaq fəalı Kiyevdə Poroshenkoya etiraz edib


Angelina Diash

Femen qrupunun yarıçılpaq fəallarından biri Kiyevdə Leninin götürülmüş heykəlinin postamentinə çıxıb.

Bu barədə avqustun 23-də Ukraynanın tsn.ua saytı məlumat yayıb.

O, postamentin üstündə başında tac və əlində məşəl ABŞ-dakı “Azadlıq” heykəlinin obrazını yaradıb.

Qadının sinəsində isə president Petro Poroshenkonun qənnadı şirkətinin adı-“Roshen” sözləri yazılıbmış.

Nərdivanla təxminən 3 metrlik postamentin üstünə qalxan fəal ətrafa konfet səpələməyə başlayıb.

Bir qədər sonra onun həmkarlarından biri Angelina Diash bildirib ki, onlar bununlahakimiyyətin diqqətini qadın problemlərinə çəkməyə çalışıblar.

O bildirib ki, bir qadın kimi Ukraynada şəxsən özünü təhlükəsiz hesab eləmir.

“Demək olar ki, Ukraynanın bütün müstəqilliyi dövründə əsas nəaliyyət gördüyümüz kimi Petro Poroshenkonun şkolat maqnatı kimi varlanmasıdır.Onun imperiyası xalqın yoxsullaşması fonunda inkişaf edir”, Diaş bildirib.

Angelina Diash bundan əvvəl yarıçılpaq vəziyyətdə Petro Poroshenkonun Belarus prezidenti Aleksandr Lukashenko ilə görüşünü pozmağa cəhd gəstərmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG